Operativ Məlumat Mərkəzi

"Qarabağ"ın oyunundan əvvəl bir dəqiqəlik sükut olacaq

2 dəq
Paylaş:
"Qarabağ"ın oyunundan əvvəl bir dəqiqəlik sükut olacaq

Liqasının pley-off mərhələsində keçiriləcək "" - "Gent" matçı 1 sükutla başlayacaq.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə UEFA qərar verib.

Qurumun belə addım atmasında məqsəd qardaş ölkə Türkiyədə, həmçinin Suriyada baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsinin yad olunmasıdır. UEFA-nın qərarına əsasən, avrokubokların - , Avropa Liqası və Konfrans Liqasının bu həftə keçiriləcək bütün oyunlarından əvvəl 1 dəqiqəlik sükut olacaq. Həmçinin oyunlar zamanı lövhələrdə Türk və Ərəb dillərində "Sizinləyik" mesajı göstəriləcək.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Gent" oyunu saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Belçikada olacaq.

Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində baş verib. Fəlakət nəticəsində 31 min nəfərdən çox şəxs həyatını itirib, 80 min nəfərdən çox insan yaralanıb. Həmçinin Suriyada da baş verən zəlzələdə də çox sayda insan həlak olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax