Əsas məzmuna keç

“Qarabağ” - “Ayaks” oyununa qanunsuz bilet satan şəxslər saxlanılıblar

“Qarabağ” - “Ayaks” oyununa qanunsuz bilet satan şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına...

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “”–“” futbol oyununun biletlərinin qeyri-qanuni satışına qarşı növbəti əməliyyat-texniki tədbir keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in xidmətindən məlumat verilib.

Bildirilib ki, biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.

“Bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də onlayn qaydada QR və ya elektron sifarişi verməklə əldə etməyi tövsiyə edirik”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…