Operativ Məlumat Mərkəzi

Qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı

2 dəq
Paylaş:
Qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı

Gədəbəy rayonu ərazisində xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Ordusunun hərbi qulluqçuları İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi vəzifələrini yerinə yetirərkən vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!

Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax