Əsas məzmuna keç

Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə...

Şəmkir Rayon Polis Şöbəsinin və onun tabeli qurumlarının əməkdaşları qanunsuz silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Xidmətindən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində həftə ərzində 17 rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov silahlarını polisə könüllü təhvil veriblər.

Bununla da şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində cari ilin müvafiq dövrü ərzində ümumilikdə silahların sayı 105-ə çatıb.

Qeyd edək ki, aşkarlanan silahlardan 7-si yivli sinifinə aiddir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…