Operativ Məlumat Mərkəzi

Qanunsuz balıq tutanlar cəzalandırılıb

2 dəq
Paylaş:
Qanunsuz balıq tutanlar cəzalandırılıb

Dövlət Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirləri zamanı Şəmkir su anbarında qanunsuz balıq şəxslər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ETSN-in məlumatında deyilir.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Tovuz rayon sakini Elnur Nağıyev, Şəmkir rayon sakinləri Rafiq Qənbərov və Seymur Abbasov olduğu məlum olub, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb:

“Eyni zamanda, "Hövzələri torlardan birlikdə təmizləyək" aksiyası çərçivəsində keçirilən nəzarət tədbirləri zamanı Şəmkir və Xaçınçay su anbarlarından, Kür çayından və digər daxili su hövzələrindən 1480 metr uzunluğunda 31 ədəd sintetik tor yığışdırılıb”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax