Əsas məzmuna keç

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb - 02.06.2023

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırılıb - 02.06.2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirləri zamanı Alazan çayının Mingəçevir Su Anbarına qovuşan hissəsində qanunsuz balıq şəxslər saxlanılıb.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Zaqatala rayon sakini Vüqar Həsənov, Yevlax rayon sakinləri İlqar Məmmədov və Yusif Əzizov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Alazan çayının Mingəçevir Su Anbarına qovuşan hissəsindən 390 metr uzunluğunda 6 ədəd tor yığışdırılıb.

Vətəndaşlarımızı "Hövzələri sintetik torlardan birlikdə təmizləyək" aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə Nazirliyin rəsmi hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa dəvət edirik.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…