Əsas məzmuna keç

"Qalatasaray" evdə qələbə qazanıb

"Qalatasaray" evdə qələbə qazanıb

son ölkə çempionu Çexiyanın “Sparta” (Praqa) klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2. İstanbul təmsilçisinin...

Türkiyənin "" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son ölkə çempionu Çexiyanın “Sparta” () klubunu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2. İstanbul təmsilçisinin heyətində 19-cu dəqiqədə Kerem Demirbay fərqlənib, 61-ci dəqiqədə Ladislav Kreyci avtoqol müəllifi olub. 90+1-ci dəqiqədə Mauro İkardi görüşdə son nöqtəni qoyub.

Qonaqlarda isə 47-ci dəqiqədə Angelo Presiado və 65-ci dəqiqədə Yan Kuçta adını tabloya yazdırıb.

Viktor Nelsson 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə "sarı-qırmızılar"ı azlıqda qoyub. Praqa klubunda isə 80-ci dəqiqədə Matey Runes ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü fevralın 22-də olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…