Operativ Məlumat Mərkəzi

QAİ Erməni hökumətini beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə çağırıb

2 dəq
Paylaş:
QAİ Erməni hökumətini beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə çağırıb

Paşinyan, İcmanın dialoq çağırışını lazımınca dəyərləndirmək əvəzinə, azərbaycanlıların geri qayıtmaq hüququnu inkar edən və mövzusunu təhrif edən bəyanatlar veriblər.

Qərbi İcmasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bununla əlaqədar olaraq, Qərbi Azərbaycan İcması tərəfinin destruktiv addımlarını dayandırması və qayıdış məsələsi üzrə dialoqda iştirakını təşviq etmək çağırışı ilə BMT-nin Baş katibinə göndərmişdir. BMT-nin Katibliyi İcmanın BMT-nin Baş katibinə və Ermənistanın Baş nazirinə sözügedən məktublarını BMT Baş Assambleyasının, Şurasının və İqtisadi və Sosial Şuranın rəsmi sənədləri kimi yaymışdır. Xatırladaq ki, İcmanın fəaliyyətinin əsas məramlarını təşkil edən Qayıdış Konsepsiyası da BMT-nin rəsmi sənədi kimi yayılıb.

Bu sənədlərin BMT-də rəsmi sənədlər kimi yayılması ilə dünya ictimaiyyətinin İcmanın fəaliyyətinin məqsəd və prinsipləri barədə və eləcə də dialoq təşəbbüskarı olan tərəfin məhz Qərbi Azərbaycan İcmasının olması barədə ən etibarlı şəkildə məlumatlanıb. Bütün bunlar Ermənistanın hüquqa söykənən qayıdış hüququnu inkar etməsinə və İcmanın məramları haqqında spekulyasiya etməsinə yer qoymur.

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini bir daha beynəlxalq hüquqa və insan haqlarına hörmət etməyə, 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına şərait yaratmış və hazırda onları re-inteqrasiya etməyə çalışan Azərbaycan tərəfindən nümunə götürməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına imkan yaratmağa çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qərbi Azərbaycan

Hamısına bax