Əsas məzmuna keç

"Putinin Çində çoxsaylı ikitərəfli görüşləri planlaşdırılıb"

"Putinin Çində çoxsaylı ikitərəfli görüşləri planlaşdırılıb"

bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. “Səfərin əsas hissəsi Çində baş tutacaq. Səfərin bir hissəsi Tyançzin şəhərində olacaq, burada ŞƏT və ŞƏT...

" Prezidenti Vladimir avqustun 31-də Çinə səfər edəcək, burada Şanxay Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək, daha sonra isə Vladivostoka gedərək Şərq İqtisadi Forumunda iştirak edəcək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri deyib.

“Səfərin əsas hissəsi Çində baş tutacaq. Səfərin bir hissəsi Tyançzin şəhərində olacaq, burada ŞƏT və ŞƏT plus formatına həsr olunmuş tədbirlər keçiriləcək. Daha sonra Pekində Çin Sədri Si Cinpin və Putin arasında ikitərəfli görüşlər, həmçinin Çin xalqının Yaponiya işğalına qarşı müharibədə qazandığı qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı təntənəli tədbirlər keçiriləcək,” – deyə Peskov bildirib.

Kreml nümayəndəsi əlavə edib ki, Putinin Çində çoxsaylı ikitərəfli görüşləri planlaşdırılıb. Bundan sonra Rusiya lideri Vladivostoka yollanacaq və Şərq İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…