Operativ Məlumat Mərkəzi

"Putin Macarıstana gəlsə, həbs olunmayacaq"

2 dəq
Paylaş:
"Putin Macarıstana gəlsə, həbs olunmayacaq"

hakimiyyəti bəyan edib ki, prezidenti Vladimir Putin Budapeştə ABŞ prezidenti Donald Trampla görüşmək üçün səfər edərsə, onun barəsində Cinayət Məhkəməsinin (BCM) qərarları icra olunmayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə açıqlamanı Macarıstanın naziri Peter Siyarto CNN telekanalına müsahibəsində verib.

Nazir xatırladıb ki, Macarıstan artıq BCM-dən çıxdığını elan edib və məhkəmənin qərarlarını tanımır:

Putin bu yay ABŞ-yə (Alyaska) səfər edib və orada həbs olunmayıb. Macarıstana gəlsə, o da həbs olunmayacaq.”

Siyarto həmçinin Avropa İttifaqının (Aİ) Rusiya liderinin Budapeşt sammitinə səfərinə mane olmayacağına ümid etdiyini bildirib:

“Əgər hər hansı Avropa ölkəsi Putinin təyyarəsinin hava məkanından uçmasına icazə verməzsə, bu, həmin ölkənin sülh istəmədiyini göstərir”.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Vladimir Putinin həbsi barədə order vermişdi. Lakin Moskva bu qərarı tanımır və onu hüquqi cəhətdən əsassız sayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax