Operativ Məlumat Mərkəzi

Prokurorluq Füzuli Xəstəxanasında araşdırma aparır

2 dəq
Paylaş:
Prokurorluq Füzuli Xəstəxanasında araşdırma aparır

orqanları tərəfindən tibb müəssisələrində baş verən qanunsuzluqlarla bağlı kompleks tədbirlər davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Baş Prokurorluqdan məlumat verilib.

“Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik Şəxsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxsin tabeliyində olan Ailə Sağlamlıq Mərkəzləri və Həkim-Tibb məntəqələrinin, o cümlədən PHŞ-yə birləşdirilmiş Füzuli Müalicə Diaqnostika Mərkəzinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən 2020-ci ilin yanvar ayının 1-dən 2023-cü ilin mart ayınadək olan dövr ərzində işçilərə qanunla nəzərdə tutulandan artıq əmək haqqı ödənilməsi, tibbi avadanlıqların satılması, xəstəxananın balansda olan vasitələrinə normadan artıq yanacağın məxaricə silinməsi və digər yollarla külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı müəyyən edilib.

Fakta görə Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə başlanaraq istintaq aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax