Əsas məzmuna keç

Professor Nizaməddin Şəmsizadə dəfn edilib - YENİLƏNİB-1

Professor Nizaməddin Şəmsizadə dəfn edilib - YENİLƏNİB-1

Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığı səbəbindən vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBIB-dən bildirilib.

"Həkimlərin bütün cəhdlərinə baxmayaraq, yanvarın 24-ü saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı alınıb", - məlumatda qeyd olunub.

***

Professor Nizaməddin Şəmsizadə 70 yaşında vəfat edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə onun ailə üzvləri məlumat verib.

Qeyd edək ki, mərhum alim bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sepsis diaqnozu qoyublar. Yanvarın 23-dən o, süni nəfəs aparatına qoşulub.

Xatırladaq ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubada anadan olub. Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib. 1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvü olub. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib. 1991-ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib. 2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının (2003) laureatıdır. " və Azərbaycan ədəbiyyatı”(müştərək) kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…