Operativ Məlumat Mərkəzi

Prezidentin ehtiyat fondunun vəsaitinin artırılması təklif olunur

1 dəq
Paylaş:
Prezidentin ehtiyat fondunun vəsaitinin artırılması təklif olunur

İlham Əliyevin fondunun vəsaiti artırılmalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, deputat Novruzəli Aslanov Milli Məclisin bu gün keçirilən plenar iclasında - “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Mən hər il büdcə müzakirələrində dövlət başçısının ehtiyat fondunun vəsaitinin artırılması təşəbbüsü ilə çıxış edirəm. Fondun hesabına sosial-iqtisadi sahələrdə mühüm kəsb edən tədbirlər həyata keçirilir. Xüsusilə mümkün fövqəladə hallarda fəlakətlərin və qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində çevikliyin təmin edilməsi üçün artım çox vacib şərtdir”, - deyə o qeyd edib.

Xatırladaq ki, 2025-ci ildə Prezident İlham Əliyevin ehtiyat fondu 2024-cü illə müqayisədə eyni - 300 olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax