Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqlayıb

1 dəq
Paylaş:
Prezident İlham Əliyev Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqlayıb

"Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar tərəfindən 30 il ərzində bu imkandan məhrum edilmişdilər. Ancaq üç il bundan əvvəl biz işğala son qoyduq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.

Zəngilanın Baş planının artıq təsdiq edildiyini bildirən dövlətimizin başçısı deyib ki, burada infrastruktura böyük vəsait ayrılıb, bir neçə yaşayış layihəsi icra olunmaqdadır. “2025-ci ildə, ola bilər bir az da tez şəhərinin ilk sakinləri qayıdacaqlar”, - deyə Prezidenti vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax