Operativ Məlumat Mərkəzi

Prezident Küveyt Dövlətinin Vəliəhdi ilə görüşüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Prezident Küveyt Dövlətinin Vəliəhdi ilə görüşüb - YENİLƏNİB

Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qonaq İlham Əliyevə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Liderlər Sammitinin açılış mərasimindəki məzmunlu çıxışına görə minnətdarlığını bildirdi.

O, dövlətimizin başçısının Azərbaycanla Küveyt arasında əməkdaşlığın inkişafına daim öz dəstəyini verdiyini vurğuladı.

Söhbət zamanı birgə iqtisadi komissiyanın fəaliyyətinin canlandırılması qeyd olundu, turizm sahəsində əməkdaşlığa toxunuldu, Küveytdən olan turistlərin Azərbaycana səfərlərindən məmnun qaldıqları vurğulandı.

Görüşdə ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

İlham Əliyev noyabrın 12-də Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin məlumat yayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax