Operativ Məlumat Mərkəzi

Prezident İlham Əliyev Bəhreyn Kralına məktub ünvanlayıb

2 dəq
Paylaş:
Prezident İlham Əliyev Bəhreyn Kralına məktub ünvanlayıb

İlham Əliyev Bəhreynin Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə məktub ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

",

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu il Azərbaycanın Bəhreyndə Səfirliyinin təsis edilməsi ikitərəfli münasibətlərimizin yeni müstəviyə keçməsinin bariz nümunəsi, böyük potensiala malik əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsinə verdiyimiz önəmin təzahürüdür.

İnanıram ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq qarşılıqlı etimad və hörmət üzərində qurulmuş Azərbaycan-Bəhreyn dostluq əlaqələrinin və əməkdaşlığının dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax