Operativ Məlumat Mərkəzi

Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib

2 dəq
Paylaş:
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib

Dövlət Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli verilməsi onun rəhbərlik etdiyi qurumdan yazışmaların sızdırılması ilə bağlıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" Lent.az-a istinadən xəbər verir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transpatency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla edən şəxslərin yuvasına çevrilib.

Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transpatency İnternational” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil.

Rəna Səfərəliyevanın anası Zemfira Verdiyeva uzun illər Dillər Universitetinin rektoru olub. Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin nüfuzuna əsaslı zərbə vurub.

Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir.

Sayt öyrənib ki, məsələ ilə bağlı açılması gözlənilir. Məlumata görə, Fuad Nağıyev başda olmaqla qurumda işləyən bir sıra şəxslərin istintaqa cəlb ediləcəyi istisna olunmur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr