Operativ Məlumat Mərkəzi

Prezident Cəbrayılda - FOTOLAR

1 dəq
Paylaş:
Prezident Cəbrayılda - FOTOLAR

İlham Əliyev oktyabrın 28-də Hacıqabul-Bəhrəmtəpə- Respublikası ilə dövlət sərhədi yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verdi.

Bildirildi ki, IV texniki dərəcəyə uyğun inşa edilən yolun ümumi uzunluğu 11,5 kilometrdir. İki hərəkət zolağından ibarət yolun eni 6 metrdir. Bu yolun inşası ötən ilin dekabrında Azərbaycan Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Qeyd edək ki, yeni yolun istifadəyə verilməsi bu istiqamətdə vasitələrinin hərəkətinin təhlükəsizliyinə, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinə öz töhfəsini verəcək.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax