Operativ Məlumat Mərkəzi

Prezident: Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var

1 dəq
Paylaş:
Prezident: Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var

Bu gün hər kəs tərəfindən bölüşülən fikir ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: “Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili hesabına qurması baxımından böyük təcrübəsi var”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax