Operativ Məlumat Mərkəzi

Prezident: "Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir"

2 dəq
Paylaş:
Prezident: "Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir"

Azərbaycanla arasında münasibətlər strateji xarakter daşıyır, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev Qazaxıstanın Alixan Smailovu qəbul edərkən bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən dövlətimizin başçısı bunu əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

qeyd edib ki, ölkələrimiz arasında əlaqələr regional , o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıyır. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax