Əsas məzmuna keç

Prezident: "Azərbaycan neokolonializmə qarşı mübarizəni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib"

Prezident: "Azərbaycan neokolonializmə qarşı mübarizəni prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib"

Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq neokolonializmə qarşı mübarizəni də istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edərkən deyib.

qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.

Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən vurğulayıb ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər.

Dövlət başçısı onu da əlavə edib ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…