Operativ Məlumat Mərkəzi

Prezident: Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub

2 dəq
Paylaş:
Prezident: Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub

iqtisadiyyatı güclü və baza üzərində qurulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikir İlham Əliyevin Bakıda keçirilən Birinci Azərbaycan İnvestisiya Forumunun iştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi modeli kimi tarixə düşüb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaradıb.

“Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax