Operativ Məlumat Mərkəzi

Prezident: 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz

2 dəq
Paylaş:
Prezident: 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz

Qəribədir ki, bir qrup ölkə özünü sayır. Axı, beynəlxalq ictimaiyyət deyəndə, 200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz. Onlar elə öyrəşiblər, özlərindən başqa heç kimi ictimaiyyət saymırlar və belə bir indi irəli sürülür ki, biz beynəlxalq ictimaiyyəti , antiterror tədbirləri keçirməklə onları aldatmışıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Bunun çox zərərli məntiq olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz öz doğma torpağımızda suverenliyi bərpa etmişik haqlı olaraq, bütün norma və prinsiplərə, beynəlxalq müstəvidə təsbit olunan prinsiplərə uyğun şəkildə. İndi bizi ittiham etməyə heç kimin haqqı yoxdur. Düzdür, cəhdlər var, yəqin ki, siz də izləyirsiniz, olub və olacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax