Əsas məzmuna keç

Polşada Ukrayna avtobusu aşıb

Polşada Ukrayna avtobusu aşıb

Polşada sərnişinləri üstə .

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "lubelska.policja.gov.pl" məlumat yayıb.

Qəza sərhədinə yaxın Qolub kəndi yaxınlığında baş verib.

İlkin məlumatlara görə, “Setra” sürücüsü dönmə zamanı sükan idarəetməsini itirib, nəticədə avtobus aşıb.

Salonda 59 sərnişin və iki sürücü olub.

Onların hamısı Ukrayna vətəndaşlarıdır. Açıqlamada 20 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Polisin məlumatına görə, hazırda zərərçəkənlərin təhlükəsi yoxdur. Qalan sərnişinlər isə qəzanın baş verdiyi şəhərin mərkəzində yerlə təmin olunublar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…