Əsas məzmuna keç

Polşada B9 ölkələrinin müdafiə nazirlərinin iclası keçiriləcək

Polşada B9 ölkələrinin müdafiə nazirlərinin iclası keçiriləcək

bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 26-da Varşavada Polşa müdafiə naziri Mariuş Blaşzak...

Polşa B9 ( Doqquzluğu) ölkələrinin müdafiə nazirlərinin iclasına ev sahibliyi edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 26-da Varşavada Polşa Mariuş Blaşzak Rumıniyanın müdafiə naziri ilə birlikdə B9 müdafiə nazirlərinin iclasına sədrlik edəcək.

Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, nazirlər Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda təhlükəsizliyi, həmçinin beynəlxalq ictimaiyyətin, o cümlədən NATO və Aİ-nin Ukraynaya dəstəyini müzakirə edəcəklər

“İclas iştirakçıları həmçinin iyulda keçiriləcək Vilnüs sammitinə hazırlıq, NATO-nun daha da gücləndirilməsi, onun şərq cinahının təhlükəsizliyi prosesini müzakirə edəcəklər. Nazirlər Aİ-nin Ümumi və Müdafiə Siyasətinin cari gündəliyini, həmçinin Rusiyanın sabitliyi pozan fəaliyyətinə məruz qalan Moldova, Gürcüstan və Bosniya və Herseqovinanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə NATO və Aİ-nin dəstəyini müzakirə edəcəklər”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, B9 formatı Polşa, Rumıniya, Bolqarıstan, Çexiya, Estoniya, Litva, Latviya, Slovakiya və Macarıstan tərəfindən yaradılıb.

Polşa bildirib ki, iclasda Böyük Britaniyanın müdafiə naziri, NATO və ABŞ Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…