Operativ Məlumat Mərkəzi

Polşa Belarusla sərhəddə hərbi təlimlərə başlayıb

2 dəq
Paylaş:
Polşa Belarusla sərhəddə hərbi təlimlərə başlayıb

Polşada Orjış hərbi poliqonunda "Dəmir " adlı genişmiqyaslı hərbi təlimlərə start verilib. Təlim ərazisi strateji Sualki dəhlizindən təxminən 100 km məsafədə yerləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Polşanın “TVP Info” portalı məlumat yayıb.

Qeyd olunur ki, təlimləri Polşanın Baş nazirinin müavini, Vladislav Kosinyak-Kamyş və Baş Qərargah rəisi Veslav Kukula müşahidə edirlər.

"Dəmir qapılar" təlimləri çərçivəsində zirehli, mexanikləşdirilmiş, artilleriya və hava bölmələrinin birgə fəaliyyəti sınaqdan keçirilir.

Bu 2025-ci ildə Polşada keçirilən ən böyük hərbi manevrlər olan "Dəmir müdafiəçi" (Iron Defender) proqramının bir hissəsidir.

Təlimlər quru, dəniz və hava əməliyyatlarını edir və orada ordu, Hərbi Hava Qüvvələri, Donanma, xüsusi təyinatlı qüvvələr və ərazi müdafiə birləşmələri iştirak edir.

Ümumilikdə təlimlərə və NATO ölkələrindən 30 minə yaxın hərbçi və 600-dən çox texnika cəlb olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax