Operativ Məlumat Mərkəzi

Polis ölü at və eşşək əti satan şəxsi saxlayıb

2 dəq
Paylaş:
Polis ölü at və eşşək əti satan şəxsi saxlayıb

Mənşəyi olmayan, insan sağlamlığı üçün təhlükəli olan ət məhsullarının kütləvi tədarükünü edən şəxs əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Polis və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının (AQTA) birgə həyata keçirdiyi tədbirlərlə 1991-ci il təvəllüdlü Hüseynov Orxan Cabbar oğlunun Bərdə rayonunda həyətyanı sahəsində kəsim-tədarük məntəqəsi yaratması müəyyən edilib.

Məlum olub ki, kəsim məntəqəsində qida üçün yararsız məhsullar mal ətləri ilə qarışdırılaraq emal olunub. Antisanitar şəraitdə xəstə, ölmüş heyvanların kəsimi təşkil edilib, qablaşdırılıb və ucuz qiymətə sifarişçiyə çatdırılması planlaşdırılıb. Araşdırmalar və aşkarlanan heyvan qalıqlarının, ət nümunələrinin analizləri nəticəsində satışa hazırlanan məhsulların at və ulaq cəsədlərindən ibarət olması müəyyən edilib.
Şübhəli bilinən şəxsin Bərdə rayonu Kəngərli qəsəbəsində həyətyanı sahəsindən və saxlanc yerindən 2 tondan çox at və ulaq əti aşkarlanıb. Təyin olunan müvafiq ekspertizalar zamanı maddi sübut kimi götürülən həmin ət nümunələrinin qidaya tam yararsız və insan sağlamlığı üçün təhlükəli olması sübuta yetirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax