Operativ Məlumat Mərkəzi

Pirallahıda yanacaqdaşıyan maşında yanğın olub

2 dəq
Paylaş:
Pirallahıda yanacaqdaşıyan maşında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Pirallahı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində şəraitinin operativ qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 10 ton olan “Ford” markalı yanacaqdaşıyan avtomobil yanacaq dolduran zaman partlayışın baş verdiyi və məntəqə ərazisində yüksək yanğın təhlükəsinin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mümkün yanğının qarşısı qısa müddətdə alınaraq böyük fəsadların yaranmasına imkan verilməyib və yanacaqdoldurma məntəqəsi yanğın təhlükəsindən qorunub.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən məntəqənin 1 ədəd yanacaqötürən pompası yerindən çıxıb, yanacaqdaşıyan avtomobilin yanacaq çəninin lyuku yerindən yaxınlıqdakı birmərtəbəli mebel satışı mağazasının 10m² sahədə ondulindən ibarət dam hissəsi və tavanını dağıdıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax