Operativ Məlumat Mərkəzi

Peter Mixalko: “Aİ və Azərbaycan arasında güclü əməkdaşlıq və tərəfdaşlıq qurulur”

2 dəq
Paylaş:
Peter Mixalko: “Aİ və Azərbaycan arasında güclü əməkdaşlıq və tərəfdaşlıq qurulur”

“Avropa İttifaqı ilə arasında güclü əlaqələri qurulur və Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF)proqramının həyata keçirilməsi buna sübutdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter proqramın icra tərəqqisinə dair illik toplantıda deyib.

“AZTAF bizim [Azərbaycan hökuməti ilə] yüksək standartlara uyğun işləmək yollarından biridir”, - o bildirib.

P. Mixalkonun sözlərinə görə, pandemiya dövründə Aİ və Azərbaycan bir sıra strateji sahələri və iqtisadi əlaqələrin gücləndirilməsi üçün uzunmüddətli hədəflər müəyyən edib.

Nümayəndəliyin rəhbəri AZTAF proqramının iqtisadi inkişafın dəstəklənməsi, enerji səmərəliliyi, mobillik və s. məqsədlərə xidmət etdiyini vurğulayıb.

"Bu proqramın müxtəlif nazirliklər və onların tabeliyində fəaliyyət göstərən agentliklər kimi bir çox benefisiarları var. Lakin AZTAF-ın əsas benefisiarı ölkə vətəndaşlarıdır. Gəlin Azərbaycanın dayanıqlı gələcəyi naminə birgə işimizi davam etdirək", - səfir əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax