Əsas məzmuna keç

Peşə təhsil müəssisələrinə işə qəbulla bağlı vakansiya seçimi mərhələsinə start verilib

Peşə təhsil müəssisələrinə işə qəbulla bağlı vakansiya seçimi mərhələsinə start verilib

2025/2026-cı il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi...

2025/2026-cı il tədris ili üçün Elm və sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya mərhələsinə start verilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Bildirilib ki, test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplayan namizədlər 25 avqust saat 18:00 onlayn formada portal.edu.az müraciət portalı vasitəsi ilə 8 yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…