Operativ Məlumat Mərkəzi

Penitensiar xidmətin Mühafizə alayında andiçmə mərasimi keçirilib - FOTO

2 dəq
Paylaş:
Penitensiar xidmətin Mühafizə alayında andiçmə mərasimi keçirilib - FOTO

Ədliyyə Nazirliyinin xidmətinin Mühafizə alayında hərbi xidmətə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ədliyyə Nazirliyindən nməlumat verilib.

Bildirilib ki, mərasimdə Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, şəhidlərin abidəsi önünə gül dəstələri qoyulub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənc təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra ədliyyə naziri Fərid Əhmədovun təbrik və tövsiyələri gənc əsgərlərə çatdırılıb.

Böyük Zəfərin 5-ci ildönümünə təsadüf edən andiçmə mərasimində Vətənə, xalqa və dövlətə sədaqət andı içən gənc əsgərlər Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmrinə hər zaman hazır olduqlarını, nizam-intizamı qoruyacaqlarını bildiriblər.

Sonda şəxsi heyətin marş sədaları altında təntənəli keçidi izlənilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax