Operativ Məlumat Mərkəzi

Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

2 dəq
Paylaş:
Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxt Bakının Sabunçu və Binəqədi rayonundakı iki evdən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mənzillərdən 8 min 500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2 min manatlıq və qol saatı şəraitdə oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli 49 yaşlı R.Quliyeva və məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıblar.

Nəsimi rayonunda da soyğunçuluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus mobil telefonu açıq talama yolu ilə ələ keçirib.

Polis əməkdaşları qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı V.Qədiyevi müəyyən edərək saxlayıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki nəfərin ümumi dəyəri 1300 manat olan noutbuk və mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı K.Süleymanov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax