Operativ Məlumat Mərkəzi

Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb

2 dəq
Paylaş:
Paytaxtda növbəti geniş təmizlik işləri aparılıb

Paytaxtda növbəti işləri aparılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər İcra Hakimiyyətinin Xidmətindən məlumat verilib.

Yaz mövsümündə şəhərin təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, iyun ayının 14-də paytaxtda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyəti təsərrüfat xidmətlərinin texnikası əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. Təmizlik işləri zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinlərini təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Yay aylarında Bakı şəhərinə çoxsaylı qonaqların gələcəyini nəzərə alaraq paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər bütün il ərzində davam etdiriləcəkdir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax