Operativ Məlumat Mərkəzi

Patent sahiblərinə yeni hüquq verilir

1 dəq
Paylaş:
Patent sahiblərinə yeni hüquq verilir
Patent sahiblərinə yeni hüquq verilir. "Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

Patent sahiblərinə yeni hüquq verilir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə “Patent haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, patent patentlə bağlı hüquqların üzrə və ya digər şəxslərə verilməsi, eləcə də patentdən istifadəyə dair lisenziya müqaviləsinin bağlanması üçün müstəsna hüquqlara malikdir.

Bu qanunun, Avrasiya Patent Konvensiyasının və Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair Protokolunun müddəalarına xələl gətirmədən patent sahibi tərəfindən və ya patent sahibinin icazəsi ilə istənilən dövlətdə qanuni yolla təsərrüfat dövriyyəsinə daxil edilmiş vasitələrin istifadəsi, istifadə üçün təklif olunması, satışı və idxalı isə patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmayacaq.

Layihə səsverməyə birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax