Əsas məzmuna keç

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib

Ermənistan hökumətindən verilən məlumata görə, Paşinyan görüşdə Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsinin nəticələrinə toxunub və bu sənədin...

Ermənistanın baş naziri və Fransa Prezidenti Emmanuel bu gün Parisdə Ermənistan-Azərbaycan prosesini müzakirə ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hökumətindən verilən məlumata görə, Paşinyan görüşdə Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsinin nəticələrinə toxunub və bu sənədin bəndlərinin 80 %-nin razılaşdırıldığını bildirib.

Paşinyan onu da vurğulayıb ki, Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa da hazırdır.

Tərəflər Paşinyan və Makron Ermənistan-Aİ əməkdaşlığını, o cümlədən Aİ-nin Ermənistandakı missiyasını, Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanması, Avropa Sülh Fondunun Ermənistana dəstəyi ilə bağlı məsələləri müzakirə ediblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…