Operativ Məlumat Mərkəzi

Paşinyan: “Tramp marşrutu”nun həyata keçirilməsi üçün Azərbaycanla əlaqə xüsusi əhəmiyyət daşıyır

2 dəq
Paylaş:
Paşinyan: “Tramp marşrutu”nun həyata keçirilməsi üçün Azərbaycanla əlaqə xüsusi əhəmiyyət daşıyır

Hazırda dünyada müşahidə olunan təchizat zəncirlərindəki böhranı nəzərə alsaq, “Tramp marşrutu” layihəsi ticarət əlaqələrində yeni mərhələ aça bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan Paris Sülh Konfransının panel müzakirəsi zamanı bildirib.

Baş nazir xatırladıb ki, Vaşinqtonda Ermənistan və Azərbaycanın parafladığı sülh sazişində regional əlaqəliliyin açılması ilə bağlı müddəa yer alıb: “Həmin bəndə əsasən, Ermənistan və ABŞ Ermənistan ərazisində həyata keçiriləcək “Tramp marşrutu” layihəsini ikitərəfli əsasda reallaşdıracaqlar. Bu, Ermənistan və ABŞ arasında birbaşa layihədir, lakin onun həyata keçirilməsi üçün Azərbaycanla əlaqə xüsusi daşıyır, çünki bizə Şərqdən Qərbə çıxış lazımdır. Bu, həm Ermənistan, həm də üçün vacibdir, çünki bu halda qarşılıqlı kommunikasiya imkanları yaranacaq”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan və ABŞ bu istiqamətdə fəal işləyir.

Paşinyan qeyd edib ki, regional qarşılıqlı əlaqə anlayışı hər iki ölkəyə - həm Ermənistana, həm də Azərbaycana bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq kommunikasiya məqsədləri üçün istifadə etmək imkanı yaradır:

“Beləliklə, bizim ərazimiz vasitəsilə beynəlxalq tranzit üçün yeni marşrut açılacaq. Dünyada təchizat zəncirlərində mövcud böhranı nəzərə alsaq, bu layihə beynəlxalq ticarəti və regionumuzun iqtisadi vəziyyətini dəyişə bilər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax