Əsas məzmuna keç

Paşinyan Lukaşenkoya görə Belarusa getməkdən imtina edib

Paşinyan Lukaşenkoya görə Belarusa getməkdən imtina edib

bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Lukaşenko guya erməni tərəfinə qarşı müharibənin hazırlanmasında iştirak etdiyi...

Belarus prezidenti Aleksandr İrəvandan üzr istəsə, Kollektiv Müqaviləsi Təşkilatına (KTMT) münasibətini dəyişə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol deyib.

Onun sözlərinə görə, Lukaşenko guya erməni tərəfinə qarşı müharibənin hazırlanmasında iştirak etdiyi və Azərbaycanı dəstəklədiyi üçün Ermənistan nümayəndələri KTMT formatında məsələləri müzakirə edə bilməzlər.

Eyni zamanda Ermənistanın baş naziri etiraf edib ki, o, Belarus lideri ilə Aİİ və MDB formatında əlaqə saxlamalı olub.

Paşinyan həmçinin bildirib ki, Lukaşenko olduğu müddətdə Belarusa səfər etməkdən imtina edib. Onun sözlərinə görə, eyni vəziyyət Ermənistanın digər rəsmilərinə və siyasətçilərinə də aiddir.

Paşinyan sözlərini belə yekunlaşdırıb: “Belarus KTMT-dən çıxmaq qərarına gəlsə və ya Belarus prezidenti üzrxahlıq sözlərini erməni xalqı üçün məqbul hesab etsə, KTMT ətrafında vəziyyət dəyişə bilər”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…