Operativ Məlumat Mərkəzi

Paşinyan: “Ermənistanda digər ölkələrdə bir neçə günə tikilən binanın inşasına illər lazımdır”

2 dəq
Paylaş:
Paşinyan: “Ermənistanda digər ölkələrdə bir neçə günə tikilən binanın inşasına illər lazımdır”

“Ermənistanda tikinti sənayesinin əsas problemlərindən biri tikinti mədəniyyətinin olmamasıdır”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın Nikol İnşaatçılar Gününə həsr olunmuş təntənəli tədbirdə deyib.

Onun sözlərinə görə, peşə bayramı problemlər haqqında danışmaq və onların həlli yollarını göstərmək üçün əlavə səbəbdir: “Söhbət ölkənin strateji inkişafından, yeni tikinti mədəniyyətindən, yeni keyfiyyətdən, yeni standartlardan, yeni yanaşmalardan və templərdən gedir. Bizdə binanın söküntüsü illərlə davam edir. Müdafiə Nazirliyinin keçmiş binasını 4 ildir sökürük. Bu həm özəl sektor, həm də dövlət sektoru üçün problemdir”.

“Mən hələ yeni binanın tikintisi müddətindən danışmıram” deyən Ermənistanın baş naziri özləri üçün acı həqiqəti də dilə gətirib: “Bir çox başqa ölkələrdə bir binanı Ermənistanda illərdir tikirlər, tikirlər, amma tikib qurtara bilmirlər”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax