Operativ Məlumat Mərkəzi

Paşinyan Atomyanı işdən qovub

1 dəq
Paylaş:
Paşinyan Atomyanı işdən qovub

Nikol Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbəri Sergey Atomyanı David Tonoyana anasına baş çəkməyə icazə verdiyi üçün işdən qovub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb. Qəzet özünün etibarlı mənbələrinə istinadən yazır ki, keçmiş Tonoyan avqustun 1-də parlament komissiyasının iclasına aparılan zaman Atomyana belə bir xahişlə müraciət edib. S.Atomyan da buna məsələnin məxfi qalması şərti ilə icazə verib.

Parlamentin müdafiə məsələləri üzrə komissiyasının sədri Andranik Koşaryan vasitəsilə Nikol Paşinyan bundan xəbər tutub. O da Atomyanı işdən çıxarıb. S.Atomyan bu məlumatı təkzib etsə də, “Joqovurd”un məlumatına görə, onun mənbələri məlumatın etibarlılığında israrlıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax