Operativ Məlumat Mərkəzi

Parlament 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsini qəbul edib

2 dəq
Paylaş:
Parlament 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsini qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “ Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, layihəyə əsasən, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 609 000,0 , xərcləri 41 703 600,0 min manat (o cümlədən, gəlirləri 37 850 712,0 min manat, yerli gəlirləri 758 288,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 944 465,0 min manat, yerli xərcləri 759 135,0 min manat) məbləğində proqnozlaşdırılır.

Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının həddi () 2 000 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 000 000,0 min manat məbləğində təsdiq ediləcək.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat məbləğində nəzərdə tutulur.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax