Operativ Məlumat Mərkəzi

Paris-2024-də Azərbaycanı təmsil edən Olimpiya komandası üçün qala gecə təşkil olunub

1 dəq
Paylaş:
Paris-2024-də Azərbaycanı təmsil edən Olimpiya komandası üçün qala gecə təşkil olunub

Fransanın paytaxtı Parisdə baş tutmuş Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla etmiş Olimpiya komandasının şərəfinə qala gecə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Gənclər və İdman Nazirliyinin xidmətinə istinadən xəbər verir ki, Paris-2024-də iştirak etmiş idman nümayəndə heyətinin üzvləri tədbirdə yer alıblar.

Qala gecədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək idmançıları bir daha uğurlu çıxışları münasibətilə təbrik ediblər.

Sonra nazir Fərid Qayıbov XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə təltif edilmiş olimpiyaçılarımızın məşqçilərinə dövlət mükafatlarını təqdim edib və onlara uğurlar arzulayıb.

Tədbir bədii proqramla davam edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax