Əsas məzmuna keç

Paris-2024: Azərbaycan güləşçisi 5-ci yeri tutub

Paris-2024: Azərbaycan güləşçisi 5-ci yeri tutub

130 kiloqramda mübarizə aparan idmançı iranlı dünya çempionu Amin Mirzəzadə ilə qarşılaşıb. Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa...

Azərbaycanın yunan-Roma güləşçisi Sabah “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 130 kiloqramda mübarizə aparan idmançı iranlı dünya çempionu Amin Mirzəzadə ilə qarşılaşıb.

Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.

Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 ) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…