Operativ Məlumat Mərkəzi

PA-nın sektor müdiri: "Ermənistan itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları verməkdən qorxur"

2 dəq
Paylaş:
PA-nın sektor müdiri: "Ermənistan itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları verməkdən qorxur"

I Qarabağ müharibəsi zamanı ölkəmizin təxminən 3 900 itkin düşmüş insanı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar bu məsələ ilə bağlı sıx edilir:

"BQXK-dən gözləntilərimiz yüksək idi".

"Ərazilərimizin azad olunması həmin yerlərdə fəaliyyətimizin gücləndirilməsinə imkan verib. Çünki artıq həmin ərazilərdə işlər görürük, məzarlıqlar aşkar edirik. Aşkarlanan qalıqlarda erməni hərbçilərin daim əsirlərə işgəncələr verildiyi məlum olur. Ermənistanla bir çox məsələlər, eləcə itkin düşmüş şəxslərlə bağlı daim müzakirələr aparılır. Ümid edirik ki, artıq itkin düşmüş şəxslərin aqibəti barədə bizə məlumat verəcək, həmçinin kütləvi məzarlıqların siyahısını bizə verəcək. 30 il vaxt keçib, görünən odur ki, belə məlumatları paylaşmaqdan qorxurlar. Çünki bilirlər ki, siyahını verəcəkləri təqdirdə Müharibə cinayətləri ilə bağlı komissiya müvafiq tədbirlər görəcək. Bu məsələdə səviyyəli iş birliyinə ehtiyac var".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax