Operativ Məlumat Mərkəzi

Ov edən şəxslər cəzalandırılıb

2 dəq
Paylaş:
Ov edən şəxslər cəzalandırılıb

Dövlət Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri və Neftçala rayonu akvatoriyasında, Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Xızı rayon sakini Xalid Əliyev, Ağstafa rayon sakini Məzahir Həsənov, Neftçala rayon sakinləri Turab Süleymanov, Bilal Hüseynov, Cəsarət Bəşirov, Yaşar Ayazov, Nəhməd Babayev və İsmayıl Rəsulov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 981 metr uzunluğunda 16 ədəd sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov bildirib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, İmişli rayon sakini Seyran Xəlilov, Xaçmaz rayon sakinləri Anar Novruzov və Zülfüqar Mehrəliyev saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - B.Məhəmmədov söyləyib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax