Operativ Məlumat Mərkəzi

Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb

1 dəq
Paylaş:
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb

Ötən il Dövlət Təhlükəsizliyi (DTX) 340 şəxs barəsində 190 cinayət işinin istintaqını aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DTX-nin general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Bildirilib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub.

Vurğulanıb ki, Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və üzərinə həbs qoyulması təmin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax