Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb

Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
28.03.2024 09:44
Aa
dəq

Ötən il Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edilib.

Bildirilib ki, həmin cinayət işlərindən 27-si dövlətə xəyanət, 12-si casusluq, 7-si dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə, 35-i terrorçuluq, terrorçuluğa hazırlıq və Azərbaycan hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etməklə bağlı olub.

Vurğulanıb ki, Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib.

Həftənin ən çox oxunanları

Ağdamda mina partlayışı olub

Ağdamda mina partlayışı olub
DAVAMIN OXU davamın oxu

Bakıda yanan avtomobil tıxaca səbəb olub

Bakıda yanan avtomobil tıxaca səbəb olub
DAVAMIN OXU davamın oxu

Metroda qadın dünyasını dəyişib

Metroda qadın dünyasını dəyişib
DAVAMIN OXU davamın oxu

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib
DAVAMIN OXU davamın oxu

Biləsuvarda anbar yanıb

Biləsuvarda anbar yanıb
DAVAMIN OXU davamın oxu