Operativ Məlumat Mərkəzi

Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

1 dəq
Paylaş:
Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib

Son bir həftə ərzində ümumilikdə 303 qeyri-qanuni Liviyadan öz ölkələrinə deportasiya edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, ötən həftə 162 miqrant Benqazidən Dəkkəyə, 141 miqrant isə Tripolidən Qvineya Bisau və Beninə gətirilib. Deportasiya miqrantların ölkələrinə qayıtmasını VHR proqramı vasitəsilə həyata keçirilib.

Məlumatda qeyd edilib ki, bu ilin ötən dövründə Liviya sahillərində 8980 miqrant saxlanılıb, 358 nəfər ölüb, 513 nəfər isə itkin düşüb.

2011-ci ildə Qəddafinin devrilməsindən bəri Liviya Aralıq dənizini keçərək Avropa sahillərinə çatmağa bəzi afrikalı miqrantlar üçün çıxış nöqtəsinə çevrilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax