Operativ Məlumat Mərkəzi

Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib

1 dəq
Paylaş:
Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbərinə görə, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2019,8 hektar minalardan təmizlənib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax