Operativ Məlumat Mərkəzi

Ötən həftə 1726 ha ərazi minalardan təmizlənib

1 dəq
Paylaş:
Ötən həftə 1726 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyulun 28-dən avqustun 3-nə qədər 15 tank əleyhinə mina, 48 piyada əleyhinə mina, 309 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-İn xəbərinə görə, bu barədə Minatəmizləmə Agentliyinin (ANAMA) azad ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1726.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, , Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd (DSX) və dörd özəl Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax