Operativ Məlumat Mərkəzi

Ötən ay hərbi sahədə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri azalıb

2 dəq
Paylaş:
Ötən ay hərbi sahədə vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri azalıb

Ötən ay hərbi sahədə qeydə alınan vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 77,8%, azalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev mətbuata açıqlamasında deyib.

O bildirib ki, həmin müddətdə Hərbi Prokurorluqda qeydə cinayətlər 100 faizi açılıb:

"Hərbi Prokurorluq orqanları ilə , Dövlət Sərhəd , Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Silahlı Qüvvələrində əmri icra etməmə, fərarilik, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, maşınları idarəetmə və istismar qaydalarını pozma , qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən adam öldürmə cinayətləri qeydə alınmayıb".

Firad Əliyevin sözlərinə görə, görülən qabaqlayıcı tədbirlərin nəticəsində Silahlı Qüvvələrdə 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 77,8%, rüşvət alma və rüşvət vermə cinayətləri isə 31,6% azalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax